Bakıda iki yolda qəza oldu 

12:39 21.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda baş verən yol qəzaları sıxlıq yaradıb.

Hafta.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Tbilisi prospektində yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə metronun “ 20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb. Digər bir yol-nəqliyyat hadisəsi Rəşid Behbudov küçəsi Mərkəzi Bankın qarşısında qeyd alınıb. Hazırda bu yolda da sıxlıq var. Sürücülərin rahat hərəkətini təmin etmək məqsədilə işlər görülür.